Bia.Az

Xaçmaz KOB İnkişaf Mərkəzi və KOB dostları əməkdaşlığı genişləndirəcək

Bölgə
 17-03-2020, 13:57     422

Xaçmaz KOB İnkişaf Mərkəzi və KOB dostları əməkdaşlığı genişləndirəcəkKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB dostları ilə görüş keçirilib.

KOBİA-dan verilən xəbərə görə, görüş çərçivəsində KOB dostları KOB İnkişaf Mərkəzinin fəaliyyəti, burada mikro, kiçik və orta sahibkarlara göstərilən təlim və məsləhət xidmətləri barədə ətraflı məlumatlandırılıb.

Eyni zamanda, biznes sahəsində müxtəlif təlimlər keçmək və məsləhət almaq istəyən sahibkarların mərkəzə yönləndirilə biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bu ilin fevralında fəaliyyətə başlayan Xaçmaz “KOB evi”ndə yerləşən KOB İnkişaf Mərkəzində öz biznesini qurmaq və genişləndirmək üçün sahibkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən KOB-lara peşəkar təlimçi-ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçirilir, konsaltinq xidmətləri göstərilir.скачать dle 12.1