Bia.Az

İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)

Bölgə
 13-07-2021, 12:41     359

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xanlıqlar Kənd Bələdiyyəsinin sədrini aldadaraq işdən çıxarıb.

Bu barədə Demokrat.az-a sabiq bələdiyyə sədri Asya Alhüseynova özü məlumat verib:

"2009-2016-cı illərdə Qazax Rayon Xanlıqlar Kəndinin bələdiyyə sədri olmuşam. R.Babaşov rayona yeni gələndə məni qəbul etdi və işdən çıxmaqla bağlı ərizə yazmağa vadar etdi. İcra Başçısı bildirdi ki, "gənc xanımsan, səndən bələdiyyə sədri olmaz. Şəxsi həyatına, ailə qurmağına manedir. O zaman mənim 32 yaşım vardı. 2016-cı ilin mayında rayona icra başçısı təyin olunan R.Babaşov avqustda məni bu sözlərlə aldadıb istefa ərizəsinə imza atdırdı və dedi ki, səni başqa işlə təmin edəcəm. Bu işdə müavin Gülayə Həsənovanın əli var. Çünki dəfələrlə məni və mənim kimi digər gənc, perespektivli xanımları özünə rəqib gördüyünü dilə gətirib. Gülayə Həsənova özünə rəqib gördüyü şəxsləri, elə mənim özümü də icra başçısının gözündən salıb, yanlış məlumatlar təqdim edərək nüfuz qazanmasına mane olur" - deyə şikayətçi qeyd edib.
A.Alhuseynovanın sözlərinə görə, o istefa verməyə vadar edildikdən sonra 8 ay müddətində R.Babaşovdan işlə bağlı cavab gözləyib. Daha sonra bir dəfə icra hakimiyyətinə gedib, onda da oradan qovulub:

"Məni 2017-ci ildə Qazax 3 saylı bağçaya müdir təyin etdi. Müdir təyin olunana qədər Qazax rayon Qadınlar şurasının sədri (2014-cü ildən) olmuşam. Buradan da çıxmağım üçün R.Babaşov mənə tələb qoydu -" Ya bağçanı seç, ya da şurada sədr qal". Mən də pula ehtiyacım olduğu üçün sədrlikdən çıxdım. Ancaq çox çəkmədi ki, oradan da çıxmağa vadar edildim. Belə ki, icra başçısı yaşlı bir müəlliməni xüsusi aktla işdən çıxarmağım üçün məni təkid edirdi, "sən mənim əmrimi yerinə yetirməlisən" deyirdi. Onun dediyini etmədim, özüm ərizə yazmalı oldum.

Qadının işdən çıxarılmasına səbəb, mən məzuniyyətdə olanda münaqişə düşüb. Məni əvəz edən həmin müəllimənin əli ilə hər gün Gülayə Həsənovadan mətbuata şikayət edən digər şəxsi işdən çıxarmışdılar. Sonradan məsələ daha da böyüdü. Mən məzuniyyətdən qayıdanda müdir əvəzi işləyən müəlliməni işdən çıxarmağımı tələb etmişdilər.

Bağçadan da çıxarıldıqdan sonra R.Babaşov məni işə götürməmələri üçün hər kəsə tapşırıq verdi. Bununla bağlı, 2019-cu ildə ölkənin I Vitse-prezidenti Mehriban xanım Əliyevaya teleqram ünvanladım. Müraciətimlə bağlı icra hakimiyyətinə bildiriş gəldi ki, Asya Alhüseynova işlə təmin olunsun.

R.Babaşovun digər müavini Məmməd Alıyev qəbul etdi. Qazax sosial iqtisad kollecdə tarix müəllimi olacağımı dedilər. Amma məni sözügedən kollecdə müvəqqəti kitabxanaçı işi ilə təmin etdilər. Mehriban xanımdan gələn teleqrama isə kollecdə tarix müəllimi kimi işə düzəlməyimlə bağlı cavab göndərildi. Halbuki, məni cəmi 6 ay kitabxanaçı əvəzi işi ilə təmin etmişdilər ".

Asya Alhüseynovanın bildirdiyinə görə, bələdiyyə sədri işlədiyi vaxtdan 7 aylıq maaşından qalan 1200 manatı hələ də ala bilməyib:

"Hazırda YAP Qazax rayon təşkilatında idarə heyətinin və şura üzvüyəm. Buradan da məni çıxarmağa vadar edirlər".



Məsələ ilə bağlı ittiham olunan və adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1