Bia.Az

Füzuli RMX-nın baş həkimi KİMDİR... və ya Alı Alıyevlə Natiq Şükürovun pamidor-xiyar BİZNESİ

Bölgə
 11-07-2021, 20:26     894

Füzuli rayon səhiyyəsində özbaşınalıq hökm sürür

Mənbənin sözlərinə görə Baş həkim Natiq Şükürov rayon Mərkəzi Xəstəxanasını vətəndaşlara xidmət yox, dövlət büdcəsini talamaq məntəqəsinə çevrib. Bu barədə dövrü mətbuatda zaman-zaman yazılsa da Natiq Şükürova "gözüm üstə qaşın var" deyən tapılmırdı.

Axır ki, bu yaxınlarda TƏBİB sədri R. Bayramlı həmkarlar ittifaqına təqdimat verərək, Şükürov Natiq Əli oğlunun tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etmədiyini, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmədiyini, eləcə də tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətini lazımi qaydada təşkil və nəzarət edə bilmədiyini əsas gətirərək, 21 may 2021-ci il tarixində “Füzuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Natiq Əli oğlu Şükürovun yarıtmaz fəaliyyətindən irəli gələrək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verdi.

Məsələ bununla bitməyib. İddia olunurdu ki, İcbari Tibbi Sığorta Dövlət Agentliyinin və TƏBİB-in əməkdaşları tərəfindən Füzuli rayon Mərkəzi Xəstəxanasında aparılan yoxlama zamanı ciddi korrupsiya hüquqpozmaları da aşkarlanıb və bu xüsusda aşkarlanmış pozuntulara hüquqi qiymət verilməsi üçün toplanmış materillar Baş prokurorluğa göndərilib.

Ancaq mətbuatda “Füzuli Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Natiq Şükürovun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci-maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasına xitam verilməsi, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı tərəfindən əmr imzalandığı haqda məlumat verilsə də Natiq Şükürov baş həkim kimi fəaliyyətini davam etdirir.

Xatırladaq ki, Natiq Şükürovun Füzuli rayon icra başcısı Alı Alıyevin ən etibarlı kadırı və rayon məmurları arasında əsas söz sahibi “oliqarx məmur” hesab edilir.

Bu gün isə aldığımız məlumatlara görə, Böyük Bəhmənli kəndində icra başcıs Alı Alıyevin 2 hektar torpaq sahəsində dəyəri 1 milyona yaxın müasir istixana kompleksi Natiq Şükürovun ailə üzvlərinin adına rəsmiləşdirilib., Bu il ərzində burada dayanmadan pamidor-xiyar tədarükü edilib xarici bazarlara çıxarılması təmin edilmişdir.  Bu da  Alı Alıyevə, həm də Natiq Şükürova 400- 500 min manat gəlir qazandırıb.

Bu barədə sosial şəbəkələrdə maraqlı video-xəbərlər yayılıb. Bu barədə ətraflı yazımız olacaq.

BİA.AZ
скачать dle 12.1