Bia.Az

Vətəndaş Məmnunluğu - FOTOLAR

Bölgə
 26-02-2021, 14:18     182

Vətəndaş Sayılov Eldar Alxan oğlu redaksiyamıza müraciət edərək bildirmişdirki, anası 1953-cü il təvəllüdlü Sayılova Zəmilə 23.01.2021 yıxılaraq sol ayağından xəsarət almışdır. Həmin vəziyyətlə əlaqədar vətəndaş Ağsu Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxananın cərrah həkimi Fazil Əzizov tərəfindən aparılan müayinədən sonra xəstə rentgen müayinəsinə göndərilmişdir. Rentgen müayinənin sonunda xəstəyə sol bud çanaq nahiyəsi boynunun yerini dəyişməsi, sınığı diaqnozu qoyulmuşdur. Fazil həkim xəstənin əməliyyat olunması üçün Bakı şəhəri göndərilmənin vacibliyini bildirmişdir. Xəstəxananın direktoru Əli Hüseynovun göstərişi ilə xəstə təxirəsalınmaz təcili tibbi yardım maşını ilə Bakıya göndərilmişdir. 11.02.2021-ci il tarixində əməliyyat olduqdan sonra Zəmilə Sayılova müalicəsini davam etdirmək üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına yenidən müraciət etmişdir. Xəstəxananın ombulator terapiya şöbəsinə yerləşdirilən xəstənin orada müalicəsinə davam etdirilmişdir. Eldar Sayılov bildirirki, onlar xəstəxanada qaldıqları müddətdə direktor Əli Hüseynov, cərrah Fazil Əzizov, həkim kordioloq Namiq Məmmədov, endikrinoloq İsmayıl İsmayılov xəstə anasına böyük diqqət və qayğı ilə yanaşmışlar. Xəstəni tez müayinə edən həkim və tibb bacıları onlara yüksək səviyyədə tibbi xidmət göstərmişlər.
25.02.2021-ci ildə xəstə Sayılova Zəmilə Xeyrulla qızının öz istəyi ilə müalicəsinə yaşadığı evdə davam etdirmək şərtilə evlərinə buraxıblar. Təcili tibbi yardım maşını ilə xəstə yaşadığı ünvana çatdırlıb.
Sayılova Zəmilə Xeyrulla qızının oğlu Eldar Sayılov başda xəstəxananın direktoru Əli Hüseynov başda olmaqla göstərilən yüsək qayğı, diqqət və tibbi xidmətə görə xəstəxananın bütün kollektivinə təşəkkürlərini bildirdi.


Vətəndaş Məmnunluğu - FOTOLAR









скачать dle 12.1