Bia.Az

"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ

Bölgə
 5-01-2021, 21:44     60

Vətən müharibəsində Tovuz rayonunun ilk verdiyi şəhid Həsənov Sərxan Habil oğlu olub. İndi qəhrəman şəhidin ailəsi dövlətdən kömək istəyir.

Bu haqda Reportyor.info-ya danışan şəhidin atası Habil Həsənov bildirib ki, ilk növbədə oğlunun təltif edildiyi ordenləri istəyirlər.
Amma bu günə qədər ailəsinə şəhidin nə medalları, nə sənədləri, nə də paltarları və telefonu təqdim olunub. Hətta adına veriləcək mənzil də hələ ki ailəyə çatmayıb.

Şəhid atası bütün qurumlara müraciət etdiklərini qeyd edib. Amma oğlunun nə cibindəki qalan pulu, nə telefonu, nə də Tovuzun ik şəhidi kimi orden-medalları ailəsinə verilməyib.
H.Həsənov oğluna qiymət verilməsini xahiş edib. O, gözünü açandan müharibə gördüyünü, bunun nə olduğunu yaxşı dərk etdiyini vurğulayıb.

Şəhid atası dövlətin və müvafiq strukturların diqqətini gözləyir. Onun sözlərinə görə, hara müraciət etsələr də, nəticəsi olmayıb.
Şəhid Sərxanın anası Həsənova Samirə isə deyir ki, hər şeydən əlimizi üzmüşük:
“Dünyamız yıxılıb. Amma yenə Vətən sağ olsun, Prezidentimiz, Mehriban xanım sağ olsun, bizə qayğı göstərir. Başqa heç yerdən yardım yoxdur.
Hara gediriksə, yola verirlər. Hərbi Komissarlıq, Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir.
Onun medallarını və evi versinlər, təsəlli tapaq. Bilim ki, torpaq uğrunda qanı tökülüb, adını yaşatmaq üçün yadigar bir şey qalıb”.

Anasının sözlərinə görə, oğlu qəhrəmancasına döyüşüb: “Hər şeydə irəli gedib, özünə güvənib. Nənəsini deyirdi ki, əmimin qisasını yerə qoymaram. Hərbi komissarlıq isə deyir ki, danışmışıq, gətiriləcək.

Amma nə telefonu, nə geyimi verilir. Bilmirik ki, hara gedək. Sentyabrın 15-ə qız qaçırmışdı, toyuna hazırlaşırdı. Amma getdi döyüşə, şəhid oldu. Taleyimiz qara gəldi.

İndi bizə deyirlər ki, medal var, amma təqdim edən yoxdur. Oğlum Vətən müharibəsində Tovuzun ilk şəhididir, bəs hanı medalları?”
"Tovuz rayon İcra Hakimiyyəti bizi eşitmir" - Şəhid ailəsindən NARAZILIQ



BİA.AZ
скачать dle 12.1