Bu gün bütün Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşib - İDARƏ RƏİSİ
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mədət Hacıyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mədət Hacıyev Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mədət Hacıyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Mədət Hacıyevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Mədət müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Mədət Hacıyevin haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Mədət Hacıyev təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Mədət müəllimin saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız- hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq (bunların da ümumi çəkisi həmin böhtançı “mirzə”lərdən ağır olar yəqin ki...) onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda ”Mədət Hacıyevin böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…
YAZIYA KİCİK BİR SÖZARDI
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!
Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mədət Hacıyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Mədət müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mədət Hacıyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
...Bəli bu gun yaşğadığımız cəmiyyətdə az qala hər gün eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət isə GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən məmur, gözəl insan və əsl vətən daşı!
P.S.
“Azərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq “.
Bu sözləri BİA.az-a müsahibəsində Sabirabad Dövlət Füzuli rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mədət Hacıyev söyləyib.
Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan rayon ziyalısı deyib: “Əslində dövlət başçısı xalqı bu qələbəyə neçə il idi ki, hazırlaşdırırdı. 2016-cı ilin aprelində Azərbaycan ordusu ermənilərin məğlubedilməzlik mifini darmadağın etdi. Bu ilin iyul təxribatında bir daha düşmənə açıq dərs verildi,burnu ovuldu. Təbii ki, İlham Əliyev təcrübəli diplomat kimi müharibəni siyasət müstəvisində də davam etdirirdi. Küçədən hakimiyyətə gələn, hərəkətləri və siyasi dünyagörüşü, təfəkkürü də küçə uşağı səviyyəsində olan Paşinyan dəfələrlə cənab Prezidentin dəmir iradəsinin və polad məntiqinin qarşısında gülünc vəziyyətə düşüb. Bütün dünyaya bir fakt aydın idi-Azərbaycan XX əsrin sonlarında məğlub edilən ölkə deyil. Onu tarixi zərurətdən- işğal altında qalan torpaqlarını azad etməkdən heç nə və heç kim çəkindirə bilməyəcək.“
Q, qeyd edib ki, bu gün İlham Əliyev haqqında istənilən qədər tərif yazmaq olar. O qalib bir ordunun Ali Baş Komandanıdır. Lakin o bu qələbəyə gedən yolu 17 ildir ki, addım-addım qət edir. Səbirlə, yorulmadan, təzyiqlərdən çəkinmədən. Bəlkə də hər şeyi neçə dəfə yenidən başlamağa məcbur qalıb- amma bu yoldan dönməyib! Zamanında tənqid olunan bir çox hadisələr var ki, əsl mahiyyəti məhz indi aydın olur. Aydın olur ki, İlham Əliyev 27 sentyabrda başlayan Vətən müharibəsinin konturlarını hələ illər əvvəl hazırlayırmış.
2003-cü ilin payızında həyatının son günlərini yaşayan Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək İlham Əliyevi özünün siyasi varisi elan etdi və “ona özüm qədər inanıram. Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” dedi. Bu onun siyasi karyerasının son böyük zəfəri və xalqı qarşısında böyük missiyasının son akkordu idi. H.Əliyev elə bir siyasi məktəb yaratmışdı, elə bir siyasi kurs müəyyənləşdirmişdi ki, onu ancaq İ.Əliyev başa çatdıra bilərdi. Zaman bir daha H.Əliyev dühasının bənzərsizliyini sübut etdi.
Heydər Əliyev hakimiyyətə ikinci gəlişindən sonra Qarabağ problemini dünya miqyasına çıxardı. Doxsanları yaşayanlar onun Azərbaycan xəritəsinin qarşısında bir müəllim kimi dayanıb dünyaya Qarabağın harada yerləşdiyini göstərməsini yaxşı xatırlayırlar. Bu günün təməlləri məhz o anlarda atılırdı. Biz savaşı uduzmuşduq, ancaq müharibə davam edirdi!
Mədət Hacıyev deyib: “Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.
Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.
Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi Şuşada, Kəlbəcərdə ücrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!
Fürsətdən istifadə edib qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə xalqımızı səmimi qəlbdən təbrik edirəm. Yeni ildə hər kəsə can sağlığı, sevinc dolu günlər və xoşbəxtlik arzulayıram.“
“BİA.az