Bia.Az

Şəmkirdə dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI

Bölgə
 22-12-2020, 13:04     154

Şəmkirdə dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI


2020-cu ildə Şəmkir rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 3 milyon 967 min 865 manat məbləğində 27 tender keçirilib.

FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 6 tenderə 2 milyon 131 min 038 manat xərcləyib.

Şəmkir Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "GREAT VAY" MMC şirkət udub. Bele ki, "GREAT VAY" MMC dəyəri 795 min 783 manat və 554 min 241 manat olan 2 tenderin qalibi olub.

Şəmkir Rayon Suvarma Sistemləri İdarəsi ümumi məbləği 456 min 717 manat olan 2 tender müsabiqəsi keçirib. Tenderlərin qalibləri "RUZİ" MMC(254 min 882 manat) və ŞƏMKİR TİKİNTİ İNŞAAT MMC (201 min 835 manat) olmuşdur.

"Meliorasiya və Su Təsərrüfatı" ASC 4 tender keçirib ki, tenderlərin qalibi "RUZİ" MMC olmuşdur. Tenderlərin ümumi dəyəri 782 min 868 manat təşkil edir.

FED.az 2020-cu ildə Şəmkir Rayonunda keçirilən tenderləri təqdim edir.скачать dle 12.1