ABAD ŞAMAXIDA SƏHİYYƏNİN DURUMU DİQQƏT MƏRKƏZİNDƏDİR
Dünya səviyyəli böyük şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyev hər zaman qəlblərdə yaşayır. Onun dediyi kimi: "Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam." Həqiqətən də, hər bir azərbaycanlı bu ölkə ilə, onun zəngin yer altı və yer üstü sərvətləri, nefti və qazı ilə fəxr etməlidir. Azərbaycanın dünya miqyasında tanınan ölkələrdən biri olmasını təmin edən Heydər Əliyev, ölkəmizin inkişafı və rifahı üçün böyük əmək sərf etmişdir. O, həmçinin bütün yaşayış ərazilərimizə, şəhər və rayonlarımıza xüsusi diqqət və qayğı göstərmişdir. Bu yanaşma nəticəsində hər bir regionda ciddi inkişaf baş vermiş, hər bir şəhər və rayon daha müasir və inkişaf etmiş hala gəlmişdir.
Şamaxı rayonu Ümummilli Liderimizin rəhbərliyi ilə diqqətə layiq inkişaf yolu keçmişdir. Onun təşəbbüsü ilə, 135 min ton üzüm istehsal edən bu rayon, Moskvada Qırmızı Kitabda adı qeyd olunan bir yerə çevrilmişdir. Bugünkü gündə isə, onun irsini davam etdirən Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva Şamaxı rayonuna olan diqqətlərini heç vaxt əsirgəmirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə, rayonun sosial-iqtisadi inkişafı böyük sürətlə irəliləməkdədir. .
Xüsusilə son illərdə, rayonun İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun yüksək vəzifəyə təyin edilməsi ilə şəhərdə və rayonda böyük dəyişikliklər baş vermişdir. Onun rəhbərliyi altında Şamaxı şəhəri tamamilə yenilənmiş, şəhərin küçələri asfalt örtüklə döşənmiş, yolların vəziyyəti yaxşılaşdırılmış və bütün abadlıq işləri həyata keçirilmişdir. Köhnə binalar sökülərək, əhalinin yaşayışı üçün yeni, müasir və komfortlu şərait yaratmaq üçün yeni binalar inşa olunmuşdur. Həmçinin, bir çox yaşayış binaları xarici və daxili təmir edilərək vətəndaşlarin mənzil rahatlığına şərair yaratmışdır. Bu işlərin hamısı Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın birbaşa dəstəyi və göstərişi ilə həyata keçirilmişdir.
Şamaxı rayonunun tibbi infrastrukturu da ciddi inkişaf etmişdir. Mərkəzi xəstəxana və ərazi Diaqnostik Mərkəzində çoxsaylı yeniliklər həyata keçirilmişdir. Gənc baş həkim Natiq Əliyev, öz işgüzarlığı və bacarığı ilə xəstəxananın vəziyyətini köklü şəkildə dəyişdirmişdir. Əvvəlki dövrlərdə bərbad vəziyyətdə olan xəstəxanalar bu gün tamamilə müasir tələblərə uyğun olaraq yenidən qurulmuşdur. Yeni təkmilləşdirilmiş müalicə xidmətləri, hər kəsə yüksək səviyyədə tibbi yardım alma imkanı yaratmışdır. Əvvəllər xəstəxanada çoxlu səs-küy və qeyri-səlis müalicə prosesləri var idisə, indi hər şey sakit və nizami şəkildə həyata keçirilir. Həkimlər vaxt itirmədən xəstələrin müayinə -müalicəsini yüksək səviyyədə yerinə yetirirlər.
.
Öz şəxsi təcrübəmdən də bəhs etmək istərdim. Bir müddət əvvəl səhhətim ciddi şəkildə pisləşdi və mən Şamaxı Mərkəzi Diaqnostik Xəstəxanasına müraciət etdim. Baş həkimin göstərişi ilə xəstəxanada müvafiq müalicə alıb, vəziyyətimi yaxşılaşdırmaq üçün lazımi həkimlərə yönləndirildim.
Şəkər xəstəliyimlə bağlı mənə müalicəsi effektiv olan həkimlərdən biri Elnurə xanım oldu. Onun peşəkarlığı və diqqəti sayəsində, 12 gün ərzində vəziyyətim xeyli yaxşılaşdı. Xəstəxanada dərmanlar, sistemlər və iynə məmulatları artıq xəstələrdən deyil, xəstəxana tərəfindən təmin edilir, bu da mənim üçün böyük bir rahatlıq yaratdı. Üstəlik, müalicə tamamilə xəstəxananın hesabına həyata keçirildi. Əvvəlki dövrlərdə dərman ləvazimatlarının əksəriyyəti xəstələrin özləri tərəfindən alınırdı. İndiki vəziyyətdə dərman təminatı baxımandan çox əhəmiyyətli dəyişiklik var.
Mərkəzi xəstəxanadakı təmizlik və səliqə də diqqətəlayiqdir. Palatalar və koridorlar lazımi səviyyədə təmizlənir, həkimlər və tibb bacıları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər. Tibb işçilərinin qayğısı və etik davranışları, xəstələrin rahat və təhlükəsiz müalicə almasını təmin edir.
qeyd edim ki, müalicə şöbəsi o qədər sakit və rahatdır ki, bura gələn hər kəs sanki istirahət şəraitindədir. Xəstələr vaxtında müalicə alır, hər bir həkim və tibb bacısı öz sahəsində peşəkarlıqla fəaliyyət göstərir. Xüsusilə Elnurə xanım, Təranə xanım, Gülzar xanım və digər mütəxəssislər, göstərdikləri xidmətlərlə xəstələrin sağlamlıqlarına böyük töhfələr verirlər. Həmçinin, təmizlik işləri ilə məşğul olan Ayşən xanım və digər əməkdaşlar da xəstələrə göstərdikləri diqqət və yardım ilə xüsusi rol oynayırlar.
Müalicə prosesində gördüyüm işlər və müalicə olunduğum şərait mənə göstərdi ki, hər bir xəstəxananın işində peşəkarlıq, etik davranış və xəstəyə diqqət və qayğı nə qədər vacibdir. Mən, şəxsən Elnurə xanıma və xəstəxananın bütün kollektivinə öz dərin minnətdarlığımı bildirirəm. Onlara uzun ömür, sağlamlıq və işlərində uğurlar arzulayıram! Fikrimi tanınmış şair dostum Tapdıq Əlibəylinin həkimlərə ünvanlı söz çələngi ilə tamamlamaq istəyirəm:
Kəlməsiylə qatan da var
Acı həbə balın dadın.
Neçə xəstə şəfa tapar
Doğruldanda həkim andın.
Bir mayakdır ümidlərə,
İşığında nicat yeri.
Çarə qılır neçə dərdə,
And içdiyi vaxtdan bəri.
Üz tutulan ünvan, yoldu...
Naxışlanıb əməliylə.
Neçə ömrə həyan oldu
Nur timsallı əlləriylə.
✍️Mustafayev Ağasəf Azad oğlu,
Şamaxı rayonu









