Bia.Az

Yeni başçı 3 vəzifəli şəxsi işdən çıxardı

Bölgə
 15-12-2025, 11:24     899

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmr imzalayıb.

Əmrə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.

Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Naftalanın icra başçısı idi.скачать dle 12.1