Bia.Az

“Sazişin mürəkkəbi qurumamış…” – Erməni bələdiyyə sədri

Bölgə
 25-11-2020, 14:25     434

Zəngilan rayonu işğaldan azad edildikdən sonra Sünik sərhədinin uzunluğu 60-70 kilometrə çatıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hrapark” qəzeti məlumat yayıb.

“Meğrinin bir tərəfində İran, digər tərəfində isə Naxçıvanla 70 kilometrlik sərhəd var. Bu sərhədi Meğridəki alayımız qoruyurdu. İndi Qarabağ tərəfdən 70 kilometr də əlavə olunub”, - deyə Meğri bələdiyyəsinin sədri Mxitar Zakaryan bildirib.

Qəzet qeyd edir ki, Ermənistan-İran sərhədi hələ də Rusiya sərhədçiləri tərəfindən qorunur. Həmçinin məlumatda qeyd edilir ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında Qarabağda müharibənin dayandırılması barədə üzçtərəfli sazişdə Naxçıvanı Azərbaycanın qərb bölgələri ilə birləşdirən yolların da inşası yer alır.

“Bəziləri "yolların inşası uzun illər lazımdır” deyərək bizə təskinlik verirlər. Amma məlum olur ki, heç də belə deyil. Sazişin mürəkkəbi qurumamış Rusiyanın "Cənubi Qafqaz Dəmir Yolu" nun əməkdaşları rus sərhədçiləri ilə birlikdə Meğriyə gələrək ərazidə araşdırma aparıblar.

Dedilər ki, magistral yol perspektivdə nəzərdə tutulur, hazırda bununla bağlı konkret heç nə yoxdur. İndi söhbət dəmir yolundan gedir. Bu perspektivli bir məsələdir, hazırda konkret heç nə yoxdur, amma söhbət dəmir yolundan gedir. Baxdılar və getdilər”, - bələdiyyə sədri deyib.скачать dle 12.1