Bia.Az

TONOYANIN NAZİRLİYİ ERMƏNİLƏRƏ YALVARIR! - “Ordu əlindən gələni etdi...”

Bölgə
 10-11-2020, 12:12     60

Hər imkan düşəndə Azərbaycanın üzərinə xoruzlanan, yeni torpaqların işğalından dəm vuran David Tonoyanın rəhbərlik etdiyi Ermənistanın Müdafiə Nazirliyi ermənilərə müraciət edib.

“AzPolitika.info” xəbər verir ki, nazirlik müraciətində ordunun əlindən gələni etdiyini, lakin məğlub olduğunu etiraf edib:

 “Ordumuz bu şəraitdə düşmənə qarşı durmaq üçün mümkün olan və olmayan hər şeyi etdi. Bu müharibə bizim ən yaxşı oğullarımızı aldı... Lakin qan tökülməsini dayandırmaq lazım idi. Biz hərbi-siyasi rəhbərliyimizin qərarını yerinə yetirməyə borcluyuq. Biz əsgərlərimizin meyitlərini tapmalı və dəfn etməliyik...”

Daha sonra ermənilərin hakimiyyət strukturlarına hücumları nəzərdə tutan nazirlik erməni dövlətçiliyinin təhlükə altında olduğunu bildirərək, vətəndaşlara yalvarır ki, iğtişaşları dayandırsınlar:

 “Dövlətin dayaqlarını sarsıdan addımlardan çəkinməyə və səhvlərdən nəticə çıxarmağa çağırırıq...”скачать dle 12.1