Bia.Az

Ermənilər Daşkəsəni atəşə tutub - Meşəlik ərazidə yanğın olub

Bölgə
 3-11-2020, 11:42     387

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanğın 5 hektardan çox ərazini əhadə edib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub

Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.

Xatırladaq ki, düşmən bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndində ki, meşəlik ərazisində də yanğın olub.скачать dle 12.1