Bia.Az

Şəmkirdə şəhid atasını incidirlər - GİLEY

Bölgə
 16-03-2025, 13:10     718

Şikayətçi deyir ki, Şəmkir rayonu Çinarlı qəsəbəsi 2- saylı körpələr evi uşaq bağcasında gözətci vəzifəsində işləyir. Lakin həmin bağçanın müdiri Səmaya Budaqova Asif qızı onu gözümçıxdıya salıb.

"DİA-AZ"ın məlumatına görə, şikayətçi iddia edir ki, Budaqova ondan şirinlik umur və hətta rüşvət vermədiyi üçün ona hədə-qorxu gəlib.

 Şikayətçinin iddiasına görə, 2024-cü ilin noyabır ayının maaşını yazmaq üçün ondan 100 manat pul istəyib, verməyəndə isə ona hədə-qorxu gəlib və hətta nalayiq söyüşlərlə təhqir belə edib.

O aidiyyatı qurumlara müraciət edərək Səmaya Budaqovanın cəzalandırılmasını xahiş edir.скачать dle 12.1