Qarabaqqal sakinləri Fərqanə adlı qadının əlindən zinhara gəliblər - ŞOK VİDEO - ŞİKAYƏT

BİA.az-a Göyçay rayonunun Qarabaqqal kənd sakinləri tərəfindən şikayət daxıl olmuşdur. Şikayət məktubunda deyilir:
"Yazıb sizə bildiririk ki, biz aşağıda adları göstərilən şəxslər Göyçay rayon Qarabaqqal kənd sakinləri Səfəraliyev Müşfiq Sahib oğlu, Həmidov Mirsadiq Ağamusa oğlu, Məmmədov Nəriman Bahadur olğlu, Məmmədov Rövşən Nəriman oğlu, İbrahimov Ağamirzə İbrahim oğlu, İbrahimov Malik Ağamirzə oğlu, Faxtiyev Rahim Rəhim oğlu, Məmmədova Malikə Sirac qızı yazıb sizə bildiririk ki, bizim yaşadığımız küçə yolun ortasında Fərqanə adlı şəxs tərəfindən süni yaradılmış maneyə, yəni barmaqlıq qapı ilə bağlanaraq yolun digər tərəfinə hərəkəti dayandırılmışdır. Halbuki biz kənd sakinləri şəhərə tez çatmaq üçün sözü gedən qısa yoldan istifadənin bərpasının təmin edilməsini istəyirik. Sözü gedən yolun açılması üçün 16.12. 2021-ci il tarixində Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi ilə Göyçay rayon məhkəməsində qəbul olunmuş 2(046)-124/2021 nömrəli qətnaməyə əsasən "cavabdeh Cəfərova Fərqanə Bahar qızı tərəfindən yerləşdirilmiş dəmir qapı cavabdehin vəsaiti hesabına sökülsün və gediş-gəliş yolu açılsın" qət etmişdir. Ancaq buna baxmayaraq hələ də iş icra olunmayıb, Fərqanə adlı şəxs bizim, yəni kənd sakinlərinin yolunu bağlayaraq gediş-gəlişi dayandırıb. Bütün yerli qrumlara müraciət etməyimizı baxmayaraq müraciətimiz təmin olunmayıb. Xahiş edirik ki, bizim bu müraciətimizi nəzərə alaraq qanun çərçivəsində məshələnin həlli üçün bizə köməklik göstərəsiniz."