Bia.Az

Sabirabad RİH məsuliyyəti AAYDA-nın ÜSTÜNƏ ATDI - CAVAB

Bölgə
 21-06-2024, 11:41     412

Dia-az.İnfo olaraq bir neçə gün əvvəl Sabirabad rayonunda on iki kəndin yolunun olmaması ilə bağlı məlumat paylaşmışdıq.

YAZISI BURADA: Sabirabadda İBTİDAİ ŞƏRTLƏR: on iki kəndinin yolu yoxdur - BU NƏDİ BELƏ?!

Bununla əlaqədar olaraq Sabirabad rayon icra hakimiyyəti adından redaksiyamıza açıqlama ünvanlanıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik:

"Bildiririk ki, Sabirabad-Həşimxanlı-Şirvan avtomobil yolunun Qaratuğay kəndindən rayon mərkəzinə qədər olan hissəsində gediş-gəlişin yaxşılaşdırılması məqsədilə 2022-2023-cü illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “34 №-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cari təmir işləri görülmüşdür. Həmin avtomobil yolunun əsaslı təmir olunması ilə əlaqədar aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında məsələ qaldırılmış və mövcud maliyyə imkanları yarandıqda bu istiqamətdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur..."

Hər halda, bu cavabdan elə məsələnin nə yerdə olduğu aydın şəkildə anlaşılır... YƏNİ BİZLİK DEYİL...
скачать dle 12.1