Bia.Az

Saatlıda qurd ürəyi yemiş baş həkim Səidə Şahpələngova KİMDİR... - Şok faktlar

Bölgə
 29-08-2020, 13:28     497

"Saatlı rayon Mərkəzi Xəstəxanasının əvvəlki şan-şöhrətini özünə qaytarmaq ola bilərmi?"

Qaynarxett.az-ın bu sualıyla baglı Saatlı rayon sakini Elsevər Həsənov qeyd etdi ki, sual yerində verilmiş, bu gün aktual olan və bütün Saatlı sakinlərini maraqlandıran problemdir. Necə olur ki, 5-6 il bundan əvvəl Saatlı rayon xəstəxanasına qonşu rayonların sakinləri müraciət edirdi və öz sağlamlıqlarını bizim xəstəxanada tapırdı. 2010- cu ildə Saatlı Mərkəzi Xəstəxanası dövlət hesabına əsaslı təmir olunandan sonra rayon sakinlərinin ixtiyarına verilmişdir. Rayon sakinləri öz sağlamlıqlarının qaydına qalır, bütün növ xəstəliklərə qarşı poliklinkada həkim müayinəsinə cəlb olunurdu. Xəstəxananın stasionarında xəstələr müalicə alırdı. Az çox dərmanla təmin olunurdu. İsti yeməklər verilirdi. Onda xəstəxanadan şikayətçi olan olmurdu. Çünki, hər bir sahə öz növbəsində yaxşı təşkil olunmuşdu. Nəzarət yüksək səviyyədə idi.

Təəssüf ki, Saatlı rayon sabiq İcra Hakimiyyətinin başçısı Siraqqəddin Cabbarovun kadır islahatı ilə əlaqədar rüşvət alıb təyin etdiyi baş həkim Səidə Şahpələngova sakinlərin etimadını doğrultmadı. Rayon xəstəxanasında pediatır kimi əmək fəaliyyətinə başlayan Səidə həkim, ancaq uşaqları ya evində, ya da xəstəxanada bacardığı qədər müalicə etmişdir. Həmin zamanlar xəstəliklər də sabit idi. İnsanlar da sakit. Həkimin işi də öz qaydasında gedirdi. İndi xəstəliklər də dəyişib, insanlar da. İş yerindən kənara çıxmayan xanım həkim üçün Mərkəzi Rayon Xəstəxanasına rəhbərlik etmək çətindir. Bunu gərək o, əvvəl etiraf edib, razılıq verməyəydi. Bəli, bu gün sözün əsl mənasında mərkəzi rayon xəstəxanası bərbad vəziyyətdədir. Həkim çatışmamazlığı üzündən rayon sakinləri müayinə və müalicə üçün qonşu rayonlara üz tuturlar. Belə getsə ilin sonuna kimi xəstəxananın çarpayı sayı aşağı düşəcək, bu da xəstəxananın kataqoriyasının aşağı düşməsi deməkdir.

Qeyd  edəkki, baş həkimin təşkilatçılıq qabliyyəti zəifdir. Şöbələrə, Təcili Tibbi Yardım şöbəsinə lazımı dərman ləvazımatları verilmir. Təcili Tibbi Yardım şöbəsinin əməkdaşları xəstə o dünyanı ayaqlayıb gələndən sonra özünü çatdırır. Ya ilk yardım üçün lazım olan dərmanı ev yiyəsindən istəyir, ya da özlərində olan keyfiyyətsiz dərmanlardan istifadə edirlər.

Ümumiyyətlə elə bil bu xanım həkimi Mərkəzi Xəstəxananı məhv etmək üçün bura rəhbər təyin ediblər. Görəsən gözə görünməyən Səhiyyə Nazirimiz Oktay Şirəliyevin Saatlı rayon Xəstəxanasının baş həkimi Səidə Şahpələngovanın tutduğu əməllərindən xəbəri varmı?

Saatlı rayon Mərkəzi xəstəxanasında özbaşnalıq baş alıb gedir. Xəstəxana əvvəlki simasını itirib. Artıq xəstəxana şəfa ocağına yox, gəlir mənbəyinə çevrildiyini sakinlər də deyir. Xadiməçi vəzifəsindən tutmuş xəstəxananın təsərrüfat işlərinə baxan işçilərə qədər hamısı baş həkimə müəyyən məbləği ödəyəndən sonra işə götürülür.

Heç şübhəsiz səhiyyəmizin bu qədər bərbad durumda olmasında rüşvət faktorunun mühüm rolu vardır. Məsələn, Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səidə Şahpələngova kənd həkim məntəqələrindən, xəstəxananın ayrı-ayrı şöbələrindən “aylıq” haqq alırsa Saatlıda necə normal səhiyyə sistemi qurula bilər?

Güzəştli dərmanların paylandığı vaxt, 30 il bundan əvvəlləri xatırladır, o vaxtlar çörək, şəkər növbəsində bu çətinlikləri görürdülər. Xəstəxanaya ayrılmış dərman və tibbi ləvazımatlar təyinatı üzrə xərclənmir. İmtiyazlı xəstələr dərman peraparatlarını vaxtlı- vaxtında ala bilmir. Bunlar da öz növbəsində baş həkimin məsuliyyətsizliyindən xəbər verir. O yerdə ki, məsuliyyətsizlik, səriştəsizlik höküm sürür, həmin müəssədə hökmən qanun pozğunluğuna yol veriləcək, korrupsiya halı baş verəcəkdir. Yeni idarəetmə pirinsipləri tətbiq edilmədiyi təqdirdə korrupsiya halları höküm sürməyə davam edəcəkdir.
P.S: Qeyd edək ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasında baş həkim Səidə Şahpələngovanın yol verdiyi özbaşnalıqları və karrupsiya faktları ilə bağlı məlumatlarla ikinci yazımızda tanış olacaqsınız.

Surxay Cahangir,
bolgə müxbiri.
Caatlı rayonu.

BIA.az
скачать dle 12.1