Bia.Az

Xocavənd sakinlərinin 32 ilə dolan SƏBR KASASI... - DAŞIR...

Bölgə
 2-02-2024, 22:01     442

Ötən gün "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında Xocavənd sakinləri Məğrur İmanov, Eldəniz Məmmədov və Rəşad Hüseynov canlı yayıma bağlanaraq, İcra başçısı Eyvaz Hüseynov və Mərkəzi rayon Xəstəxanasının direktoru Canəli Nəbiyev barəsində narazılıqlarını ifadə ediblər.

Xatırladaq ki, 32 ildir Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov barəsindəki narazı sakinlər artıq, 3 ildən çoxdur ki, tez-tez "DogruXeber.az" informasiya agentliyinə üz tuturlar və hər müraciətlərində icra başçısının əməlləri barəsində yeni faktlar açıqlayırlar. Hansı ki, dəfələrlə bu barədə portalımızda, eləcə də "Kanal14" YouTube kanalında məlumatlar yayımlanıb.

Bu dəfə də agentliyimizə üz tutan Xocavənd sakinləri Mərkəzi rayon Xəstəxanası barəsində şokedici açıqlamalar verdilər və söylədikləri bütün faktlara dair əllərində maddi dəlillərin olduğunu vurğulayaraq, məhz aidiyyatı qurumlar dərin araşdırma aparmalarına tapşırıq verməsi üçün canlı yayım vasitəsilə ölkə başçısına müraciət etdilər

Söhbətin hansı faktlardan getdiyini aşağıdakı videoda ətraflı izləyə bilərsiniz.
скачать dle 12.1