Bia.Az

Təzəkənddə səyyar qəbul - İcra başçısı cakinlərlə görüşdü

Bölgə
 19-01-2024, 22:06     515

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulları davam edir. Növbəti səyyar qəbul  yanvarın 17-də  Təzəkənd kənd tam orta məktəbinin akt zalında  baş tutub. Qəbulda həmçinin hüquq-mühafizə orqanlarının , aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB Aparatının məsul şəxsləri, media nümayəndələri iştirak edib.
Qısa nitq ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sonra sözü qəbul iştirakçılarına verib.
Kənd sakinləri Səfər Hüseynov, Kərim Cəfərov, Faiq Mamedov,  Aynur Əliyeva və digərləri çıxış edərək mövcud problemləri diqqətə çatdırıblar. Müraciətlər içərisində kənddə yaşanan içməli su problemi, müəyyən ərazidə əkin sahələrinə gedən suyun qarşısının kəsilməsi,   şor kanalların və dren kollektorların təmizlənməməsi, torpaq məcralı kanalın beton üzlüyə alınması zamanı buradakı körpüdə müəyyən problemlərin yaranması və digər məsələlər rayon rəhbərinin diqqətinə çatdırılıb, köməklik göstərilməsi xahiş olunub. Hər bir məsələ diqqətlə dinlənilib, cavabdeh şəxslərlə müzakirələr aparılıb, problemlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Çıxış edənlər yalnız çətinliklərdən danışmayıb, həmçinin dövlətimiz tərəfindən həyata keçirilən işlərdən, bu  qayğının rayonumuzda da geniş vüsət almasından söz açaraq minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Təzəkənd kəndinin ərazisi 1633.41 hektar, əhalisi 3295 nəfərdir. Əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Kənddə 1 tam orta məktəb, körpələr evi-uşaq bağçası, kənd tibb məntəqəsi, klub, kitabxana, poçt şöbəsi və s. fəaliyyət göstərir.
                                                                                          

скачать dle 12.1