Bia.Az

Gədəbəy rayonunda Şəhid məzarları ziyarət edilib -Fotolar

Bölgə
 11-01-2024, 15:11     543

YAP Gədəbəy rayon Təşkilatının əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Gədəbəy rayon Cümə məscidinin imamı eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz- rayonun Çobankənd kənd sakinləri Əlizadə Şamxal Əvəz oğlu və Rzayev Amin Qurban oğlunun doğum günləri münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıdı, məzarları üzərinə gül dəsətələri düzüldü və ruhlarına dualar oxunudu.

 Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!





















скачать dle 12.1