Bia.Az

Zərdabda məmur özbaşınalığı – Vətəndaşın icazəsi olmadan həyətinə girilir

Bölgə
 29-07-2020, 15:20     529

Zərdab rayonu Dəli Quşçu kənd sakini Bayramov Ayaz Qurban oğlu Sozcu.az saytına yazaraq, rayonun kənd təsərrüfatı idarəsinin rəisi Vida Bayramovun özbaşınalığından şikayət edib.
Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:
Dəyərli redaksiya!
Zərdab rayonu, Kənd təsərrüfatı idarəsi rəisi Vidadi Bayramov mənim həyətimə gələrək, mənə bildirdi ki, sənin həyətindən öz həyətimə su arxı qazdıracam. Mən bunun həyətimdə ciddi problem yaradacağını və ona kəndin su təchizatı üçün nəzərdə tutulan arxın onun sahəsinin 15 metrliyindən keçdiyini, o arxadan daha rahat istifadə edə biləcəyini desəm də, Vidadi Bayramov məni dinləməyərək, məndən icazə almadan, etirazıma məhəl qoymadan ağır texnikanı həyətimə salaraq bütün meyvə ağaclarımı məhv edib. arxı qazdırdı.
Vidadi Bayramov vəzifəsindən sui-istifadə edərək, idarənin tabeliyində olan texnikadan istifadə etməklə, həyətimin bir tərəfindəki asma beton -arxa müdaxilə edərək, onu da yararsız hala saldı. Həmçinin ağır texnikanı həyətimə salmaqla evimin divarlarında çat əmələ gəlməsinə səbəb oldu.
Mən bununla bağlı hüquqi yol seçərək, Vidadi Bayramov haqda Zərdab Rayon Məhkəməsinə şikayət etdim. Hakim Qubadov Tahirin sədrliyi ilə keçirilən prosesdə Vidadi Bayramovun qardaşı oğlu Amid Bayramovun təqdim etdiyi saxta aktlar əsasında hadisəyə düzgün qiymət verilmədi. Vidadi Bayramov qardaşı uşaqlarının adından məni məhkəməyə verərək, qanunsuz qazdırdığı arxa su açmaq üçün gediş -gəlişə mane olan divarımı sökdürdü. Çox təəssüf ki, hakim Tahir Qubadov da mənim mülkiyyət hüququmun pozulmasına göz yumaraq vəzifəli şəxsin qanunsuz hərəkətlərin rəvac verir. Bu barədə Zərdab RİH başçısına şikayət etsəm də, məmur “həmrəyliyi”burdada mənim hüquqlarımın pozulmasına göz yumur. Sizdən xahiş edirəm ki, mənə dəstək olasınız.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq



BİA.az
скачать dle 12.1