Bia.Az

Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək

Bölgə
 21-02-2020, 13:29     1 271

Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək“Bu ilin sonuna qədər Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrindən çəkilən yeni alternativ yolun 100 kilometrlik hissəsinin tikintisinin başa çatdırılması və istifadəyə verilməsi nəzərdə tutulur”.

“bia.az” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanda ilk ödənişli yol olacaq.

“Alternativ yol tam istifadəyə verildikdən sonra Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək. Hər il bu yolun sıradan çıxmış hissələri təmir edilir”, - S.Məmmədov əlavə edib.скачать dle 12.1