Bia.Az

Xankəndidə partlayışda xəsarət alanlar üçün təcili tibbi yardım maşını yola salınıb

Bölgə
 26-09-2023, 01:07     753

Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında qeyd edilib.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.скачать dle 12.1