Bia.Az

Neftçalada suvarma işi: ŞİKAYƏTLƏR ört-basdır edilir? – BU NƏDİ BELƏ?

Bölgə
 5-09-2023, 10:12     731

Bir neçə gün əvvəl Neftçala Suvarma Sistemləri İdarəsi və Neftçala Melioservis İdarəsinin qanunsuz tender əməliyyatları ilə bağlı yazı dərc olunmuşdu.Məqalə mətbuatda dərc olunandan az sonra hansısa müəmmalı əl demək olar ki, gedən yazıların hamısını sildirdi”. DİA.AZ bildirir ki, bu açıqlama ilə əslən Neftçaladan olan jurnalist Bəhruz Əliyev çıxış edib.
***
İlk əvvəl dia.az olaraq silindiyi iddia olunan yazını təqdim edirik:


“Neftçala Suvarma Sistemləri İdarəsinin “Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi işlərinin” satın alınması” ilə bağlı elan etdiyi tender başa çatıb.32gun.az saytının verdiyi məlumatına görə, tenderin qalibi Neftçala Melioservis İdarəsi olub.Tərəflər arasında 98 min 998 manat 39 qəpik dəyərində müqavilə imzalanıb.Tenderin qalibi olan Neftçala Melioservis İdarəsinin dövlətə 57 min 554 manat 91 qəpik vergi borcu var.
Mən baş vermiş bu qanunsuzluğa münasibət bildirmək istəyirəm.
Çox maraqlıdır ki,tenderin qalibi olan Neftçala Melioservis İdarəsinin dövlətə 57 min 554 manat 91 qəpik vergi borcu olduğu halda onu qalib elan ediblər.
“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.
Maraqlıdır ki,Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Ataş oğlu Əsədov tenderin qalibi olan Neftçala Melioservis İdarəsini necə qalib edib.Xatırladım ki, adı çəkilən idarələrin hər ikisi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun tabeliyindədir.
Görəsən, Agentliyin sədri Zaur Mikayılov bu özbaşınalıqları görürmü?
Görürsə, niyə Elçin Əsədovla bağlı tədbir görmür?Əgər bu idarənin rəisi ilə bağlı tədbir görmürsə,deməli bu məsələdə Zaur Mikayılovun özünün də payı var.
Sözümün canı odur ki, deyəsən, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov, Şirvan Aşıq Məktəbinin yaradıcısı Aşıq Bilalın nəticəsi olan Zaur Mikayılovun başına “şabaş” atmaqla onun gözlərini bağlayır”.
***
Bunları qeyd edən B.Əliyev daha sonra fikrinə belə davaç edir:
“Açığı, mətbuatın vəziyyətini nəzərə alsaq, bu, onun üçün çətin iş deyil.Adam illərdir idarəni sağa-sola dağıdır, onun üçün bu o qədər də önəmli bir yük deyil.Təsəvvür edin ki, dəvənin belindən bir çimdik götürüblər.İllərdir mətbuatda bu şəxsin qanunsuzluqları ilə bağlı yazılar dərc olunur.Amma nədənsə onun əməllərinə hüquqi qiymət verilmir.Onu kim qoruyur, hökumət, yoxsa var dövləti?
İllərdir dövlət vəsaiti hesabına əldə etdiyi su ehtiyatlarını fermerlərə, sahibkarlara sataraq qazandıqları ilə kifayətlənməyən Elçin Əsədov rəhbərlik etdiyi idarənin tenderlərinidə “satır” və tenderlərdən külli miqdarda qanunsuz vəsait əldə edir.
Uzun yazmaq istəmirəm, onun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Dövlət Su Təsərrüfatı Agentliyinin sədri Zaur Mikayılova müraciət etdim.Lakin Zaur Mikayılov babası Aşıq Ağalar kimi sazını götürüb el-oba həsrətini oxumadı.O, öz havasını çaldı.
Qərara gəldim ki, bu dəfə dövlət Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi cənab Əli Nağıyevə müraciət edim.Əli müəllim, sizdən xahiş edirəm ki, bu idarə rəisinin dövlət vəsaitlərini mənimsəməsi ilə bağlı araşdırma aparılması və onun əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı göstəriş verəsiniz”.
***
İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…скачать dle 12.1