Bia.Az

Sabirabadda fermerlər əməlli-başlı bəlayə düşüb - İşıqlar gündə 3-4 dəfə söndürülür

Bölgə
 28-07-2023, 10:54     1 092

“Azərişıq” ASC-nin fəaliyyəti narazılıq yaradır.

BİA.az xəbər verir ki, “Azərişıq” ASC-nin yarıtmaz fəaliyyətindən daha çox ölkənin aran zonalarında təsərrüfatla məşğul olan fermerlər narazılıq edir.

 Sabirabadlı fermerlər “Azərişıq” ASC-nin Sabirabad rayon İşıq İdarəsinin müdiri Səfa Şirinovdan narazılıq edirlər. Belə ki, fermerlər bildirirlər ki, bu il çaylarda suyun çox olmasına baxmayaraq pambıq sahələrini rahat suvara bilməyiblər. Buna səbəb yayon işıq idarəsinin səhlənkarlıgı olub. Sabirabadın işıq idarəsinin Səfa Şirinov adlı müdiri sutka ərzində 3-4 dəfə işıqları söndürür. Əməlli-başlı bəlayə düşmüşük.

Qeyd edək ki, Prezident İlham Əliyev pambıqçılığı aqrar sektorda prioritet sahə elan edib. Prezident çıxışlarında pambıqçılığın inkişafı istiqamətində dövlətin fermerlərə daim dəstək verəcəyini dəfələrlə vurğulayıb.

Qeyd edə ki, aran zonalarında olan digər bölgələrdən də “Azərişıq” ASC-nin elektrik enerjisini tez-tez kəsməyi barədə şikayətlər çoxalmaqdadır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzu davam edəcək.



BİA.az
скачать dle 12.1