Bia.Az

Bərdədə koronavirusa yoluxan var? - AÇIQLAMA

Bölgə
 23-04-2020, 15:06     419

Bərdədə koronavirusa yoluxan var? - AÇIQLAMABirinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.

bia.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.

V.İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:

“Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.

Qeyd edək ki, rayon ərazisində karantin rejimi davam edir. Şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl ediскачать dle 12.1