Bia.Az

Ağsunun Ərəbmehdibəy kənd tam orta məktəbində "İKT-də Qızlar" layihəsi ugurla davam edir - FOTO

Bölgə
 22-01-2023, 00:30     1 379

Layihə çərçivəsində Ağsu rayon Ərəbmehdibəy kənd tam orta məktəbində layihənin rəhbəri Xalidə İsazadə, layihənin eksperti Xəyalə Nadir və təlimçi Lamiyə Qurbanovanın iştirak etdiyi kursda 19 şagird (qızlar) təhsil alır.

BİA.az xəbər verir ki, qızlar artıq ilkin ikt biliklərinə yiyələniblər. Qeyd edək ki, kurslarda, Microsoft Office (Word,Excell, Power Point) proqramı, internet və e-mailin açılması, istifadəsi və istənilən saytda qeydiyyatdan keçmək qaydaları öyrədilir.

8 yanvar 2023-cu il tarixində təşkil olunan təlimlə yanaşı təlimçi Lamiyə Qurbanovanın iştirakı ilə sınaq imtahanı təşkil olunub. İKT-də Qızlar layihəsində təhsil alan məktəbli qızlar 2 saat ərzində təqdim olunmuş sualları cavablandırıblar.

Təlimçi Elnarə Qasımova 9 yanvar 2023-cu il tarixində  “Art terapiya” təlimi keçmişdir. Təlimçi Elnarə Qasımova benefisiarlar arasında ilk olaraq gizlənmiş emosional problemlər art terapiya vasitəsi ilə üzə çıxarmasının vacibliyini qeyd edib. Bildirib ki, depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur.

Ekspert Əhmədova Xəyalə Nadir qızı layihəni analiz edib.

Qeyd edək ki,  "İKT-də Qızlar" layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmişdir.



BİA.az

скачать dle 12.1