Bia.Az

Saatlıda 57 yaşlı kişi yol qəzasında ağır xəsarət aldı

Bölgə
 26-02-2020, 13:21     62

Saatlıda 57 yaşlı kişi yol qəzasında ağır xəsarət aldı

Saatlıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“bia.az”in məlumatına görə, hadisə Saatlı rayonunda qeydə alınıb.

Qəza zamanı 1963-cü il təvəllüdlü Ağayev Nəsrullah Malik olğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Müayinə zamanı yaralıya qapalı kəllə-beyin travması, baş-beyin əziyi və döş qəfəsinin küt travması diaqnozları qoyulub. N.Ağayev reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1