Bia.Az

Ağcabədidə şəhid Sahil Məmmədovun anım mərasimi keçirildi - FOTO/VİDEO

Bölgə
 26-10-2022, 11:12     904

Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Sahil Məmmədovun Ağcabədi Qəhrəmanlar Parkında anım günü keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər. Anım mərasimində şəhidimizin xatirəsi anıldı, ruhuna dualar oxundu. Mərasimin sonunda vaxtı ilə şəhidin özünün də təhsil aldığı Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin şagirdləri şeirlər səsləndiriblər.

Məlumat üçün bildiririk ki, Sahil Ədalət oğlu Məmmədov 1996-cı ilin iyunun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Alı Mustafayev adına Yuxarı Qiyaməddinli kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun giziri olmuş Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı  altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Sahil müharibənin ilk günlərində xüsusi döyüş əməliyyatı zamanı düşmənin 1 postunu məhv etdikdən sonra 2-ci postun azad olunduğu zaman düşmən snayperi ilə sinəsindən vurulub. Vətənə olan məhəbbəti onu rahat yatmağa qoymur, hələ tam sağalmamış döyüş yoldaşlarının yanına qayıdır. Elə ordaca vəziyyəti pisləşdiyindən onu xəstəxanaya yertləşdirirlər, lakin döyüş əzmi ona yaralarının unutdurur və o təkrar döyüşə qatılır. Səhhəti ilə əlaqədar onu döyüşdən kənarlaşdırmağa çalışsalar da Sahil özünü yaxşı hiss etdiyini söyləyərək döyüşə davam edir və həmin gecə- oktyabrın 25-də şəhadətə ucalır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Sahil Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasın görə” medalları ilə təltif olunub.
Rahat uyu qəhrəman gizir, uğrunda ürəyini bir an belə düşünmədən sipər etdiyin Vətən torpağı azaddır.

Pərvin ŞAKİRQIZI
Fotolar Mais İbrahimovundurскачать dle 12.1