Bia.Az

Toyota Prius-ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

Bia Tv
 20-04-2024, 00:50     306

“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur.

Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır.

Bəs ucuzlaşma nə qədər davam edəcək?

İqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin qiyməti bazara çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək:

“Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı altı ay və bir il davam edəcək. Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.

Ətraflı Baku TV-nin süjetində:

скачать dle 12.1