Bakıda yaşlı sakinlər qadağalara əməl etmir — VİDEO

Bakıda yaşlı sakinlər qadağalara əməl etmir — VİDEO
Mart 25, 2020 13:53

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bunlardan biri 65 yaşdan yuxarı insanların küçəyə çıxmasına qoyulan qadağadır. Lakin ilk gündən yaşlı sakinlər küçə və parklara çıxırlar.

Baku.Tv-nin xəbərinə görə, küçələrdə qaydalara əməl etməyən kifayət qədər yaşlı insana rast gəlmək mümkündür.

Polis əməkdaşlarının müdaxiləsi belə onların küçəyə, parka çıxmalarına mane olmur.

“Niyə evdə qalmırsınız?” sualını isə yaşlı insanlar aqressiya ilə qarşılayırlar.

Bununla bağlı videomaterialı təqdim edirik:

Bia.az
Oxşar xəbərlər