Bia.Az

Səhiyyəmizin "qurd ürəyi yemiş" EMİN HÜSEYNİ... - Kimdir ona belə "toxunulmazlıq" hökmü verən?!

---
 14-10-2022, 03:12     698

Azərbaycan siyasi rəhbərliyinin səhiyyə siyasəti göz önündədir - dövət ölkə insanı üçün səhiyyə xidmətini günbəgün təkmilləşdirir, dövlət milyonlar xərcləyir, bu sahədə hər gün bir yeniliyə imza atılır. Təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri dövlətin bu nəcib siyasətinə kölgə salmaqda davam edirlər

İctimai nəzarətin aktuallığını yaxın günlərdə cənab prezident də vurğulamışdır... Bu istiqamətdə hər bir vətəndaşın fəallığı vacibdir və davamlı olmalıdır.  

Kecən yazımızda gedən məlumatlardan sonra vətəndaşlar daha ilginc digər faktlar barədə də bizə məlumatlar veriblər. Deyilənlərə inansaq Şamaxı rayon Mərəzi Xəstəxanasının direktoru Emin Hüseyn bütün əlilliyi dayandırılmış şəxslər barədə işçisinə tapşırıq verib ki, sənədləri yerində olan vətəndaşların işini 800 manat qarışıgında qəbul edib kamputerə yerləşdirilsin. O, həmin pulun 300 manatını işi gətirən adama, qalan pulları isə kart vasitəsiylə özünə götürürmüş. Əlilliyin düzəlib-düzəlməyəcəyinə isə əvvəlcədən söz verilmirmiş.

Başqa bir məlumatda isə bildirilir ki, Şamaxı rayon Mərəzi Xəstəxanasının direktoru Emin Hüseynin bundan əvvəl Qobustanda işlədiyi vaxtlarda xəstəxananın invertarları (dəyəri 1 milyon manat çox) yoxa çıxıb. İnventarlar barədə soruşulanda Emin həkim onların təmirə göndərildiyini bildirib. Hətta Qobustan rayon prakrorlugunda bu barədə cinayət işi də acılıb. Bütün sənədləşdirməni apara bilmədiyindən Emin həkim Qobustanda yeyilmiş inventarların yerinə, Şamaxı Mərkəzi Xəstəxanasında olan inventarları yerləşdirib. Deyilənə görə bu işdən TƏBİB-in məsul vəzifəlilərinin də xəbəri var. Necə də olmasın, Şamaxıda coxları orada-burada bu hadisədən danışır. Deməli, "qurd ürəyi yemiş" Emin Hüseynin arxasında TƏBİBdən, Səhiyyə Nazirliyindən, elə prokurorluqdan da güclü bir əl dayanır. Kimdir ona belə "toxunulmazlıq" hökmü verən?! BU BARƏDƏ DƏQİQ ARAŞDIRMAMIZDAN SONRA NÖVBƏTİ SAYIMIZDA MƏLUMAT VERƏCƏYİK!

P.S.

Biz BİA.az olaraq həmişə xalqın yanında olub, onların çətinliyini, problemini işıqlandırmışıq.Son yazılarımızda məhz siravi vətəndaşlar tərəfindən Şamaxı rayon Mərəzi Xəstəxanasının direktoru Emin Hüseyn haqqında təqdim olunan şikayətlər barədə bir neçə yazımız olub. Göstərilən faktlar məhz adı çəkilən məmurun dağıdıcılıq fəaliyyətini əks etdirirdi. Biz bir media qurumu olaraq yenə də siravi vətəndaşların yanında olduq və onların şikayətlərini işıqlandırdıq. Çox təəssüflər olsun ki, xalqın tərəfində olub, olanların problemlərinə güzgü tutmağımız kimlərisə qıcıqlandıraraq bizə qarşı aqressiya nümayiş etdirməsinə səbəb oldu. Saytımıza olan kiber hücumlar bunun nəticəsidir. Həmin hücumlar nəticəsində saytımız işləməz hala gəldi. Cox şükürlər ki, biz bunu da addadıq. Bu təzyiqlər bizi haqq bildiyimiz yoldan döndərə bilməyəcək. Daima vətəndaşımızın yanında olaraq onların problemini işıqlandırmağa hazırıq.

P.S.S
Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçilərinin adından BİA.az-a aşağıdakı məzmunda ağır ittihamlarla dolu şikayət məktubu daxil olub. 

İttihamların həqiqəti əks etdirib - etdirmədiyini yoxlamaq imkanından məhrumuq, düşünürük ki, müvafiq qurumlar bunu araşdırıb iddiaların doğru olub-olmadığına qiymət verə bilərlər.
 
"Hazırda Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışan Emin Hüseyn əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Astara RMX-də korrupsiya, özbaşınalıq və səriştəsizlik halları baş vermişdir. 2 milyon manat vəsaiti mənimsədiyinə görə və Astara sakinlərinin çoxsaylı şikayətləri nəticəsində, 2015-ci ildə vəzifəsindən azad edilərək Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat almışdır.

Məlum olmuşdur ki, Emin Hüseyn 22.08.1979-cu ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikasındandır. Bakı şəhərində 132 saylı orta məktəbdə, Azərbaycan Tibb Universitetinin Oftalmologiya fakültəsində və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhsil almışdır.

Emin Hüseyn, 2001-ci ildə Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə namizəd olmuş, 117 nəfər konfrans nümayəndələrindən 34 səs toplayaraq seçkidə məğlub olmuş, təşkilatın o zamankı sədri - Emin Əlisoyla koalisiyaya girərək təşkilat sədrinin birinci müavini postuna təyinat almış və yalnız 2015-ci ildə Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvlüyündən imtina etmişdir.
Mütəmadi olaraq siyasi əqidəsini dəyişən Emin Hüseyn sosial şəbəkələr vasitəsilə erməni mənşəli qadınlarla yazışaraq sevgi macərası yaşayır, ölkə xaricinə səfərləri zamanı isə onlarla görüşərək eyş-işrət məclislərində iştirak edir.

Emin Hüseynin Qobustan RMX-də baş həkim işləyərkən Kadrlar şöbəsinə təyin etdiyi işçi - Esmira Abdullayeva ( ad şərtidir- xanımın gerçək ad-soyadını yazmağı doğru hesab etmədik-red.) ali təhsili və tibbi ixtisası yoxdur. Emin Hüseyn digər qadınla ailəli olsa da, Esmira Abdullayeva ilə Bakı şəhərində xəlvəti yerdə aldığı ünvanda vətəndaş nikahı ilə yaşayırlar. Esmira Abdullayeva ilə Emin Hüseynin tanışlığı Astara RMX-də işləyərkən yaranıb. Esmira Abdullayeva, Qobustan RMX-də işçilərlə kobud davranır, onların maaş kartlarını məcburi formada əllərindən alaraq maaşlarını özünə götürür, bəzi işçilərdən isə aylıq 20 manat məbləğində rüşvət tələb edərək baş həkimə təqdim edir. Həmçinin, Esmira Abdullayevanın eks həyat yoldaşı, onların övladları, valideynləri və rəfiqələrinin adları RMX-də işçi kimi qeyd edilsə də, iş yerinə gəlmədən aylıq maaşlarını alırlar.

 
Qobustan RMX-də Emin Hüseyn tərəfindən həyata keçirilən müxtəlif saxtakarlıq halları nəticəsində müxtəlif işçilərin xəbərləri olmadan onların guya hansısa tibb müəssisələrinə kurslara ezam edilməsi üçün hər ay 50 manat pul silinir. Səhiyyəyə aid xəstəlik bülletenləri və sürücülük vəsiqələri üçün tibbi arayışlar müvafiq reyestr qeydiyyatı aparılmadan 50 - 100 manat rüşvət müqabilində vətəndaşlara təqdim edilir, xəstəxana üçün ayrılan cari xərclər və yanacaq təminatı saxta sənədlər əsasında mənimsənilir.

Guya xəstəxanada hər ay 50 nəfərə yaxın xəstənin ambulator müalicə aldığını göstərən saxta sənədlər tərtib edilərək onlar üçün ayrılmış dərman vəsaitləri, yemək və istilik xərcləri, uşaq fondu üçün ayrılan pul və dərman vəsaitləri hər ay ərzində Emin Hüseyn tərəfindən şəxsi məqsədləri üçün istifadə edilir. Bundan əlavə, Emin Hüseynin göstərişi ilə, Qobustan rayon sakinlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Qobustan Şöbəsindən pensiya almaları üçün əlillik dərəcələrinin təyinatı zamanı hər şəxsdən 200 manat rüşvət tələb edilir.

Dini ibadətlə məşğul olmağına baxmayaraq, baş həkim Emin Hüseyn xəstəxanada çalışan tibb işçilərindən hər ay rüşvət tələb etməklə onların şəxsiyyətini alçaldır, buna qarşı çıxanları isə təhqir edərək hədələyir. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaş kartları da baş həkimin şəxsi cibinə xeyir gətirir.

Baş həkim xəstəxananın Təklə, Sündü, Ərəbşalbaş, Cəyirli, Cəmcəmli, Qurbançı, Nabur, Şıxzahırlı, Xilmilli, Bədəlli, Yekəxana, Poladlı, Çalov, Ərəbqədim, Dərəkənd və Cəngi kəndlərində yerləşən məntəqələrinə ayrılan dərman və pul vəsaitlərini də gündəlik xərclərini ödəməsi üçün əlavə gəlir mənbəyi kimi istifadə edir, mühasibatlıq vasitəsilə pul ayırmalarını özünə sərf edən istiqamətlərə yönəldir. Bununla yanaşı, RMX-nin nəzdindəki Konsultativ Poliklinikanın şöbə müdiri - Qurban Kərimovla əlbir olaraq, Poliklinikaya ayrılan pul vəsaitlərini də şəxsi məqsədləri üçün istifadə edir. Bu işdə Qurban Kərimov ona yaxından köməkliyini göstərir.

Xəstəxananın İdarəetmə aparatı, Mühasibatlıq, Konsultativ Poliklinika, Psixonevroloji, Vərəm və Stomotoloji Kabinetləri, Təsərrüfat, Ümumi xəstəxana, Qeydiyyat, Fizioterapiya və tibbi bərpa, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Şüa-diaqnostika, Stasionar, Cərrahiyyə, Terapiya, Pediatriya, Mama-ginekologiya, Anesteziologiya və Reanimasiya, Yoluxucu xəstəliklər və Əczaçılıq şöbələrində özbaşınalıq, süründürməçilik, rüşvətxorluq halları rayon sakinlərinin haqlı hiddətinə səbəb olmuşdur.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri olaraq, biz, Prezidentimiz cənab İlham Əliyevdən yuxarıda qeyd etdiyimiz qanunsuzluğun və korrupsiya faktlarının qarşısının alınmasını, Emin Hüseynin barəsində qanuni tədbir görülməsini xahiş edirik".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1