Müharibəni bitirməyə hazırıq: 4 şərtimiz var! – Rusiya açıqladı
Rusiya Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Varşava Təhlükəsizlik Forumu çərçivəsində verdiyi açıqlamaları şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazıb.
Qeyd olunub ki, Kiyev 2025-ci ilin sonuna qədər münaqişəyə son qoymaq istəyirsə, bunun üçün nəyin lazım olduğunu yaxşı bilir.
Kremldəki mənbə bildirir ki, Ukraynada tələblər bunlardır:
“- Ərazi reallıqlarını tanımaq;
– NATO və nasizmdən imtina etmək;
– İnsan hüquqlarına hörmət etmək;
– Rusdilli əhalinin hüquqlarını təmin etmək”.








