ABŞ-dan açıqlama: Son söz Trampındır

Rusiya və Ukrayna arasındakı münaqişənin həlli ilə bağlı qərarı ABŞ-da yalnız Prezident Donald Tramp verə bilər.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
“Yalnız prezident Tramp gələcək addımlar barədə qərar verə bilər”, — deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.
Bryus həmçinin qeyd edib ki, ABŞ Moskva və Kiyev arasındakı danışıqları yaxından izləyir və prosesdən kənarda qalmır.
O, əlavə edib ki, bu münaqişənin tək çıxış yolu — iki tərəfin üz-üzə gəlməsi və razılığa gəlməsidir.