Rus ordusu “Hörümçək toru”na düşdü – 34 faizi sıradan çıxarıldı…

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirilən və bir ildən artıq müddətdə hazırlanan “Pautina” (“Hörümçək toru”) adlı xüsusi əməliyyat nəticəsində 41 Rusiya strateji bombardmançısı zərərsizləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb.
SBU-nun məlumatına görə, zərbələr Rusiyanın əsas hərbi hava bazalarına endirilib və nəticədə qanadlı raketdaşıyan strateji təyyarələrin 34 faizi sıradan çıxarılıb.
“Pautina” əməliyyatı çərçivəsində Rusiyanın əsas hərbi hava limanlarında yerləşən strateji daşıyıcıların 34 faizi zərərsizləşdirilib”, – deyə Ukrayna Təhlükəsizlik Xidməti rəsmi açıqlamasında bildirib.
Əməliyyatın təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.