Bia.Az

Gündə 6 saatdan çox oturaq həyat tərzi keçirən qadınlarda bu şiş yarana bilər

---
 30-11-2023, 16:04     167

Elm adamlarının araşdırmalarına görə, gün ərzində 6 saatdan çox oturaq həyat tərzi keçirən qadınların uşaqlıq mioması (fibromioma) xəstəliyinə tutulma riski iki dəfə artır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Kunming Universitetinin alimlərinin apardığı tədiqiqatlar zamanı məlum olub ki, qadın nə qədər hərəkətsiz qalırsa, onda daha tez fibromioma (uşaqlığın əzələ qatında yaranan xoşxassəli şişdir. Qadınlarda ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir) yaranır.

Bu əsasən 30-50 yaş qadınlarda daha çox rast gəlinir. Kiçik miomlar daha çox ağırsız olur. Daha böyüklər isə ağrıya, şişə səbəb ola bilər və qanaya bilər. Yaxuda da qadında qəbzlik yarada bilər.

Elm adamları bu təcrübəni 6600 qadın üzərində aparıblar. Qadınlarda bu uşaqlıq mioması daha çox stolüstü oyunlar oynayarkən, kitab oxuyarkən, ipdən paltar toxuyarkən və hərəkətsiz qaldıqları digər işlər zamanı meydana gəlir.

Araşdırmalar zamanı 50 yaşdan yuxarı qadınlarda bunun kəskin formalarına rast gəlinib.

Mütəxəssislər hərəkətsiz həyat tərzinin qadınlara vurduğu zərəri aradan qaldırmağın yollarını da açıqlayıblar.

"American College of Sports Medicine" jurnalında yer alan bir məqalədə hər gün beş dəqiqə yürüş etməyin uşaqlıq miomasınnın yaranma riskinin qarşısının aldığı qeyd edilib.скачать dle 12.1