bia.az

SON DƏQİQƏ

“DOST kuboku” uğrunda keçirilən intellektual turnirin qalibləri məlum olub

9-09-2019, 20:56

“DOST kuboku” uğrunda keçirilən intellektual turnirin qalibləri məlum olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual turniri baş tutub.

Nazirlikdən Moderator.az -a verilən məlumata görə, “DOST kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” turnirində müxtəlif dövlət qurumları, banklar, KİV-lər, QHT-lər, könüllü təşkilatlarının nümayəndələrindən, həmçinin pensiyaçılar və əlilliyi olan şəxslərdən ibarət olan, hər birində 6 nəfər olmaqla ümumilikdə 50-yə yaxın komanda iştirak edib. Turnirin məqsədi könüllü hərəkatına dəstək, əməkdaşların və könüllü fəaliyyətə cəlb edilən şəxslərin intellektual bacarıqlarının üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkili, pensiyaçıların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası olub.

3 turdan ibarət olan turnirdə hər sual üçün 1 dəqiqə vaxt verilib. Turnirdə İqtisadiyyat Nazirliyinin komandası bütün turlarda ən yaxşı nəticə göstərərək qalib olub. İkinci mükafatın sahibi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının komandası olub. Dövlət Miqrasiya Xidməti Könüllüləri komandası isə üçüncü nəticəni göstərib.

Pensiyaçılar arasında “Çinar” komandası 1-ci, “Qəzəl” komandası 2-ci, “İrs” komandası isə 3-cü olub. Gənclərdən ibarət olan komandalar arasında qalib adını Dövlət Miqrasiya Xidmətinin Könüllüləri qazanıb. Könüllü DOST “Bravos” 2-ci yeri, Təhsil Nazirliyinin Könüllüləri isə 3-cü yeri tutub. KİV arasında isə Azərbaycan Televiziyasının komandası qalib olub. İkinci yerə “Azad Azərbaycan” Televiziyası, üçüncü yerə isə “ APA Holdinq” layiq görülüb.

1 saylı DOST Mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzdə vətəndaşlara “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində ümumilikdə 132 xidmət təqdim edilir. Burada həmçinin sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət, tibbi ekspertiza xidmətləri, o cümlədən bank və notarius xidmətləri də göstərilir. İlk DOST mərkəzi gün ərzində 400-450 vətəndaşı qəbul edir. Vətəndaşların xidmət səviyyəsindən məmnunluq göstəricisi 96 faizdir.

Gələcəkdə DOST mərkəzlərində təqdim edilən xidmətlərin əksəriyyətinin proaktiv şəkildə göstərilməsi planlaşdırılır


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA