Bia.Az

Viktor Orban: “Aİ-nin sonu Sovet İttifaqı kimi ola bilər”

Dünya
 24-10-2022, 01:18     179

“Avropa Birliyinin sonu Sovet İttifaqı kimi ola bilər”.

Musavat.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban 1956-cı il Macarıstan üsyanının 66-cı ildönümü münasibətilə çıxışında deyib.

“Macarıstana kölgədən və ya Brüsselin yüksəkliyindən atəş açanları narahat etməyək. Onlar öz sələfləri ilə eyni yerdə qalacaqlar” - deyə Orban çıxışında bildirib.

“İlk fəth edən imperiya bizə hücum edəndə biz burada idik və sonuncusu dağılanda da burada olacağıq. Biz lazım olan qədər dözəcəyik və bacardığımız zaman müqavimət göstərəcəyik. İmkanımız olanda qılıncımızı çəkirik, zülm illəri gələndə isə vuruşuruq və qalib gəlirik”, - deyə macar baş nazir söyləyib.скачать dle 12.1