Bia.Az

Arutyunyan quldur dəstəsinin üzvləri ilə görüşdü - Foto

Siyasət
 22-10-2022, 19:53     165

Oktyabrın 21-də Qarabağdakı baş terrorçu Araik Arutyunyan “artsax ehtiyatda zabitlər ittifaqı ictimai təşkilatı”nın bir qrup üzvünü qəbul edib.


Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Arutyunyan İrəvanda Ermənistan hakimiyyəti ilə son müzakirələrin təfərrüatlarını təqdim etmək üçün başlayan siyasi məsləhətləşmələr və görüşlər çərçivəsində bu görüşü reallaşdırıb.
Bildirilir ki, görüşdə “artsax” ətrafında hərbi-siyasi vəziyyət, mövcud çağırışlar və onların aradan qaldırılması üçün atılan addımlar müzakirə olunub.

Görüş zamanı Arutyunyan iclasda iştirak edənləri narahat edən bir sıra suallara da cavab verib və onları əmin edib ki, “ehtiyatda olan zabitlərin sosial problemləri daim diqqət mərkəzindədir”.скачать dle 12.1