Bia.Az

Ermənistan pulu haralardan alır, nəyə xərcləyir?

Siyasət
 22-10-2022, 00:56     171

Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyinə 35 milyard dram (86 milyon dollar) vəsait ayıracaq - guya bina və tikililərin inşası üçün. Bu barədə qərar oktyabrın 20-də nazirlər kabinetinin iclasında qəbul olunub.

Fəqət, qarşıda duran «tikinti işlərinin» təfərrüatı açıqlanmır. Bu da onun göstəricisi sayıla bilər ki, adəti üzrə Ermənistan hökumətinin bu dəfə də «tikinti işləri» adı altında Müdafiə Nazirliyinə ayırdığı pullar tamam fərqli məqsədlərə və istiqamətlərə (silah-sursat almağa, səngər qazmağa, bomba sığınacaqlarının tikintisinə və mövcud tikililərin abadlaşdırılmasına və digər müharibə hazırlıqlarına) yönəldiləcək. Belə düşünməyə isə yetərincə əsas var. Məsələn, son günlər KİV-in yaydığı məlumatlarda deyilir ki, Ermənistan iri şəhərlərdəki bomba sığnacaqlarının abadlaşdırılmasına, Azərbaycanla sərhəd xətti boyunca canlı qüvvə və artilleriya qurğuları cəmləşdirilməsinə girişib. 44 günlük müharibədə ordusu tam məğlub olmuş, iqtisadiyyatı dağılmış və dünya iqtisadiyyatından təcrid olunmuş Ermənistanın ordan-burdan diləndiyi pulları yenə də silahlanmaya (müharibə hazırlığına) sərf etməsi təəccüblü deyilmi?
Başqa bir informasiyada isə bildirilir ki, Ermənistan Hindistandan müasir silahlar almaq üçün danışıqara baş vurub, qonşu İran-«vartan» respublikasından isə PUA-lar almaq barədə düşünür və s.
Bütün bunlar açıqca göstərir ki, vartan övladlarının başqa işi-gücü yoxdur və onlar böyük nisbətdə, terroçuluğa-separatçılığa-«inqilabçılığa»-riyakarlığa və sürüşkənliyə adət ediblər və bunsuz sadəcə, yaşaya bilmirlər - bir atalar məsəlində deyildiyi kimi, «adət etmiş künəyə tövbə yoxdur» məntiqinə biryolluq boyun əyiblər…
Təcrübə göstərir ki, erməni riyakarlığı-simasızlığı, həyasızlığı, utanmazlığı sərhəd tanımır və bu göstəricilər üzrə vartan övladı dostu «madlen övladından» (simasızlıq etalonu Taleyrandan) geri qalmır. Ermənistan hökumətinin başçısı Nikol Vovayeviçin fəaliyyəti boyunca xamelyon kimi rəngdən-rəngə düşməsi bunun əyani göstəricisi sayıla bilər. Onun «Zəngəzur dəhlizi» ilə bağlı üzərinə götürdüyü öhdəlikdən necə həyasızlıqla yayınmaq cəhdləri buna əyani sübutdur. Belədə, Nikola və ya digər erməni siyasətçilərinə inanmaq özü ən böyük axmaqlıq olardı və erməni ilə həmişə «itlə yoldaş ol, amma çomağı yerə qoyma» məntiqindən çıxış etmək lazımdır…
Bir xəbərdə də bildirilir ki, Ermənistan hökuməti 2023-cü ildə müdafiəyə rekord məbləğ - 500 milyard dram (1,25 milyard dolara yaxın) vəsait yönəltməyi planlaşdırır. Belədə, məntiqi sual yaranır: «Acından günorta duran Ermənistan» bu pulları haralardan alır?
Bu suala cavab vermək üçün böyük dövlətlərin (ABŞ, Rusiya, Fransa, Avropa İttifaqı ölkələri) Ermənistana maliyyə dəstəyinə, pulsuz silah-sursat verməsinə diqqət yönəltmək lazımdır. Təkcə onu qabartmaq kifayətdir ki, Avropa İttifaqı «Ermənistanı əhlləşdirmək» və guya Rusiyanın boyunduruğu altından çıxarmaq məqədilə əslində, mahiyyət etibarilə əldəqayırma olan bu «hökumət»ə 2,6 milyard avro dəstək verməyi boyun olub. Nikol da yalnız bu pulları almaq məqsədilə, rəngdən-rəngə düşür, dövlət xadiminə yaraşmayan alçaqlıqlara baş vurur, kiminsə qucağına yıxılmaq üçün əldən-ayaqdan gedir…
Bütün olub-keçənləri və hələ olacaqları nəzərə alıb da birdəfəlik qərara gəlmək qaçılmazdır - erməniyə qəti etibar etmək, vədlərinə inanmaq olmaz.

Mirzə AĞ
AzPolitika.infoскачать dle 12.1