Bia.Az

Ermənistanda dövlət rəsmisi döyüldü

Siyasət
 6-04-2020, 10:51     277

Ermənistanda dövlət rəsmisi döyüldüErmənistanda döyülmə hadisəsi baş verib.

“bia.az” xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Bildirilir ki, hadisə Yerevanda qeydə alınıb. Marqaryan küçəsində Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Komitənin "İnventarlaşdırma və Qiymətləndirmə Agentliyi"nin baş direktoru Arman Abraamyan döyülüb.

Sayt bildirib ki, “Mercedes” markalı avtomobilin naməlum sürücüsü və dostları direktorla əvvəlcə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib. Dava zamanı dövlət rəsmisinə xəsarət yetirilib və onun avtomobilinin güzgüsü sındırılıb.

Hadisəni törədənlər ərazidən qaçaraq gizləniblər.

Polis hadisəni törədənləri axtarır.скачать dle 12.1