Bia.Az

Arif Həşimov təkcə Azərbaycan elminin deyil, artıq təbiətini də düşməncəsinə məhv etdirir…

Fakt
 20-10-2022, 13:08     247

AMEA ilə bağlı Redaksiyaya növbəti şox məlumat daxil olub.

Belə ki,  daxil olan məlumatlar və fotomateriallara əsasən Arif Həşimovun növbəti Herostrad əməlinin üzü açıldı. AMEA-nın Dendrologiya İnstitutunda baş verən özbaşınalıq və təbiətə qarşı cinayətlərə görə kim cavab verəcək? Arif Həşimov? Ya İnstitutun daxil olduğu AMEA Biologiya və Tibb elmləri Bölməsinin rəhbəri akademik İradə xanım Hüseynova? Məhv olmağa göz bağlayan bu Bölmə hansı işlərlə məşğul olur?
Buranın məhv olunması onların icazəsi və tapşırıqları olmadığı halda kim baş verənləri törədərdi?!
Qısaca tarixçə, AMEA Dendrologiya İnstitutu Mərdəkan qəsəbəsində, millionçu Murtuza Muxtarovun inqilabdan əvvəl bağ imarəti olan ərazisində yerləşir. 12 hektara yaxın ərazi İnstitutun sabiq direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun faciəvi ölümündən sonra talan edilir, dağıdılır.
İnstitutun müvəqqəti rəhbərliyinin AMEA-nın rəhbər şəxsləri ilə birlikdə “əziyyəti” nəticəsində illərlə yaradılmış səma altında muzey məhv edilir. Canlı kolleksiyalarda təhminən 1800 növ, o cümlədən 1540 forma və sort vardır. Amma şəkillərdən göründüyü kimi illərlə yaradılan oranjereyalar dagıdılır, kimlərinsə bağlarına aparılır və ya sadəcə satılır ya tullandırılır, məlum deyil.
Son günlər “yenidən qurma” adı altında dağıntı işləri intensiv olaraq aparılır. Arif Həşimov İnstitutun Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı ilə Elm və Təhsil Nazirliyinin nəzdinə keçməsindən və yaranmış yiyəsizlikdən istifadə edərək, bacardığı əməllərini həyata keçirir.
Bu fərmanın məqsədi təkmilləşdirmədir, biz isə A.Həşimovun fəaliyyəti nəticəsində məhv olunmağı müşahidə edirik. Şubhə yaranır ki, hörmətli akademikın əsas məqsədi özünün artıq rəhbər olmayacağı halda, ondan sonra istifədəsinə keçən Nazirliyə talan olmuş miras qoymaqdır.
30-40 il ərzində yaradılan, işçilərin var gücü ilə qoruyub-saxladıqları bitki kolleksiyaılarının dağıdılmasına göz bağlayan İnstitutun müvəqqəti rəhbərliyi AMEA-ya rəhbərlik edən Arif Həşimov və İradə Hüseynova ilə bərabər Azərbaycan təbiəti qarşısında, Azərbaycan xalqı qarşısında cavab verməlidillər. Bu artıq məsuliyyətsizlik deyil, bu dövlət əmlakı, xalqın irsinə qarşı cinayətdir. Sadə fəhlələr artlq bu həyacan siqnalını bizə verdilər, verdilər ki kimsə qiymətli kolleksiyaların yox edilməsinin qarşısını alsın.
Biz media nümayəndələri olaraq istərdik ki, xalqın məhv olunan təbiət irsini qoruyub saxlanılması üçün Bakı Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii sərvətlər Nazirliyi ərazinin hələ ki talan olmamış hissəsini qoruyub saxlasınlar. Əks halda xalqın daha bir təbii sərvəti məhv edilmiş olacaqdır.
DOSYE.ORG
        скачать dle 12.1