Bia.Az

İqtisadcı Rövşən Ağayevin üç sualı...

Cəmiyyət
 20-10-2022, 12:51     191

İqtisadçı, ictimai xadim Rövşən Ağayev replika yayıb. O qeyd edir ki, oktyabrın 19-da avtomobilinin qeydiyyatı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ağcabədidəki regional texniki baxış qurumuna gedib: “Gördüklərimin və üzləşdiklərimin bircə adı biabırçılıqdır. Belə başa düşürəm hökumətin islahatları o qədər sürətli olub ki, həmin quruma yetişəndə çatdırıb əyləc sistemini işə sala bilməyiblər.

Mənə maraqlı olan bəzi suallar var:


– Cəmi iki-üç ay əvvəl texniki baxışdan keçmiş avtomobil alqı-satqı vaxtı niyə yenidən texniki müayinəyə məruz qalmalıdır?


Kimsə deyə bilər bəlkə həmin müddətdə hansısa nasazlıq olub. Bu məntiqlə avtomobilləri hər həftə texniki müayinəyə məcbur etmək məntiqli görünər.


“Dövlət rüsumu haqqında” qanunda qeydiyyat üçün rüsumun konkret məbləği göstərilirsə, niyə vətəndaşa deyilir ki, maşınınız təzə olduğu üçün ödəniş yüksəkdir?


Niyə qurumun binasında ödənişlərin həcmini göstərən elan lövhələri asılmır, eyni zamanda ödənişlər nağd aparılır?
скачать dle 12.1