Bia.Az

Ruslar Türkiyəyə axışır - NƏ İŞLƏ MƏŞĞUL OLURLAR

Dünya
 20-10-2022, 00:04     172

Rusiya vətəndaşları bu ilin ilk 8 ayında Türkiyədə 729 şirkət yaradıb.

Modern.az xəbər verir ki, bu barədə "Dünya" qəzeti Türkiyə Ticarət və Sənaye Palataları Birliyinin məlumatlarına istinadən yazıb.

Bildirilir ki, Rusiya Türkiyədə qurulan xarici şirkətlərin sayına görə İrandan sonra ikinci yerdədir.
 
Səkkiz ayda Türkiyədə 86,5 min şirkət yaradılıb ki, onlardan 14 090-ı xarici vətəndaşlara məxsusdur. Türkiyədə xarici şirkətlərin sayına görə lider İrandır. Belə ki, hazırda Türkiyədə İrana məxsus 874 şirkət fəaliyyət göstərir.

Bundan əlavə, nəşrin məlumatına görə, Rusiya 2021-ci illə müqayisədə Türkiyədəki biznes iştirakını dörd dəfədən çox artırıb. Bir il əvvəl ölkədə Rusiyanın iştirakı ilə 177 şirkət yaradılıb.скачать dle 12.1