Bia.Az

Tanınmış xanəndə Süleyman Abdullayevin son durumu açıqlanıb

Cəmiyyət
 19-10-2022, 15:56     187

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan tanınmış xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəziyyətində irəliləyiş var.

BİA.AZ xəbər verir ki, bunu "Report"a açıqlamasında xanəndənin qızı Aygün Abdullayeva deyib.

O bildirib ki, atası 18 gündən sonra qida qəbul edib: "Dünən axşamdan yemək yeməyə başlayıb. Çox sevinmişik. Şəkər xəstəsi olduğu üçün ayağındakı qanqrena narahatlıq verir. Həkimlər müayinə ediblər. Uzun müddət ac qaldığı üçün orqanizm zəifləyib. Ürəyinin cəmi 30 faizi işləyir, damarlarının vəziyyəti də yaxşı deyil. Həkimlər bildirdilər ki, ümumi halı yaxşılaşsa, müalicə aparılar və ayağı amputası edilə bilər. İndi ümid edirik ki, vəziyyəti yaxşılaşacaq. Həkimlər yenidən müayinə edəcəklər".

A.Abdullayeva atasına göstərilən diqqətə görə hər kəsə təşəkkür edib: "Hər cür dəstək göstərirlir. Minnətdaram".

Qeyd edək ki, S.Abdullayev 1939-cu ildə anadan olub.
скачать dle 12.1