Bia.Az

“Masada 3 sülh variantı var və hər üçündə də Azərbaycan qalibdir” - Erməni ekspert

Siyasət
 18-10-2022, 13:56     163

“Sülh müqaviləsi həm də kapitulyasiyadır, çünki bu sənəddə Ermənistanın maraqlarından irəli gələn heç bir bənd yoxdur”.

BİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bunu Azərbaycan üzrə ekspert, sosioloq Armine Adibekyan “LiveNews”-a müsahibəsində deyib.

O, əmin olduğunu bildirib ki, bu sənəd Azərbaycan tərəfinin maraqlarından bəhs edir.

“Azərbaycan nə istəyir? O, Qarabağı istəyir. Bakı Qarabağı 44 günlük müharibənin “təxribatı” sayəsində aldı. Başqa sözlə, Paşinyan Qarabağı təslim etmək prosesinə hələ 2018-ci ildə hakimiyyətə gələndə başlayıb. O, bu “missiya” ilə gəlmişdi”.

Adibekyanın sözlərinə görə, ssenari bu gün də davam edir, çünki Azərbaycanın gözləntiləri var: “O, Zəngəzuru da əldə etmək istəyir. O, dəhliz əldə etmək istəyir. Bakı bütün qoşunlarını əlverişli mövqelərə yerləşdirəcək ki, Ermənistan heç vaxt ayağa qalxıb mövcudluq hüququ uğrunda mübarizə apara bilməsin”.

Masada 3 sülh variantı olduğunu bildirən sosioloq deyib: “Azərbaycan-Türkiyə variantı aydındır. Rusiyanın sülh variantı Rusiya , Azərbaycan, Türkiyə, Qərb variantı isə Qərb, Türkiyə və Azərbaycanın maraqlarına xidmət edir. Nə qədər ki, erməni variantı masaya qoyulmayıb qeyd olunan variantdan heç biri bizim maraqlarımıza uyğun olmayacaq. Hər üç variant eyni dərəcədə təhlükəlidir”.
скачать dle 12.1