Bia.Az

Amerikalı konqresmenlər İrəvana niyə gəlir? – Masada diqqətçəkən detal

Siyasət
 18-10-2022, 13:22     169

ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvü bu gün Ermənistana gələcək.

Konqresmenlərin İrəvanda bir sıra təmasları, o cümlədən Ermənistan parlamentariləri ilə görüşləri nəzərdə tutulub.

Səfər çərçivəsində həm iqtidar, həm də müxalifət nümayəndələri ilə təmaslar nəzərdə tutulsa da, əsas görüşlər və müzakirələr Ermənistan parlamentinin xarici əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri üzrə komitələri çərçivəsində baş tutacaq.

Amerikalı konqresmenlər həmçinin Ermənistan-Azərbaycan sülh müqaviləsinin ümumi müddəalarını, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı durumu və digər ümumi məsələləri müzakirə edəcəklər.

Nümayəndə heyətinə Endi Levi, Cim Kuper, Billi Lonq, Diana Decet, Cerri Konnoli, Devid Prays və Con Qaramendi daxildir.
//Teleqraf.com//скачать dle 12.1