Bia.Az

“Putin küncə qısnanıb, amma hələ təhlükəlidir” – General izah edib

Dünya
 18-10-2022, 11:26     169

Rusiya Federasiyasının (RF) Prezidenti bütün cəbhələrdə dəqiq məğlub olur, Ukrayna xarici kəşfiyyat Xidmətinin eks-başçısı hesab edir.

Rusiya Prezidenti Vladimir Putinə hazırda Ukrayna ilə müharibədə hökmən «barış» lazımdır ki, ələ keçirilmiş əraziləri itirməsin, qüvvələri yenidən qruplaşdırsın və ehtiyatları hazırlasın. Rusiyalı lider küncə qısnanıb - Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş başçısı, general Nikolay Malomuj telemarafon efirindən danışıb («UNİAN»).

«Barışıq onunla əlaqədardır ki, Putin dəqiq məğlub olur… bütün cəbhələrdə. Əlbəttə, o, cəhd edir ki, öz səhvlərini düzəltsin… Donetsk istiqamətində yeni hücumlarla, orada baş tutmayacaq. Xerson istiqamətini saxlamaq - çox çətin olacaq» - ekspert deyib.
General əlavə edib ki, RF başçısı küncə qısnanıb, amma hələ təhlükəlidir.

«Onun potensialı var, amma hazırda ona hansısa kritik barış lazımdır ki, ələ keçirdiyi əraziləri itirməsin - bu, birincisi» - Malomuj bəyan edib.

Onun sözlərinə görə, Rusiya tərəfinə həm də qüvvələri yenidən qruplaşdırmaq və ehtiyatları hazırlamaq lazımdır, çünki cəbhəyə tullanan səfərbər edilmişlər ya təslim olurlar, ya qaçırlar, ya da həlak olurlar.

«Ona görə də 80 hazırlıq mərkəzi yaradıblar və Şoyqu artıq danışır ki, orada 2-3 ay yeni ehtiyatların effektli hazırlığı həyata keçiriləcək. Əlbətta, yeni ehtiyatlar hazırlana bilər və bu, Ukrayna üçün problem olacaq…» - general deyib.

AzPolitika.infoскачать dle 12.1