Bia.Az

Rusiyada qırıcı təyyarə yaşayış binasının üzərinə düşüb - 3 nəfər ölüb, 21 nəfər yaralanıb + VİDEO (Yenilənib)

Dünya
 18-10-2022, 01:20     163

Rusiyanın Yeysk şəhərində çoxmərtəbəli binanın yaxınlığında "Su-34"ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 21 nəfərdir, onlardan 4-nün vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bu barədə Yeysk Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Miqran Qriqoryan TASS-a bildirib.

Ölənlərin sayı 3 nəfərdir, onların arasında 8-10 yaşlı uşaq da var.



 00:14***
Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşərək yanğına səbəb olub. "Report" bu barədə TASS-a istinadən xəbər verir.

Hadisə şahidlərinin sözlərinə görə, ev birinci mərtəbədən 9-cu mərtəbəyə qədər yanır. Yanğın binanın 15 mənzilini bürüyüb.

Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub. Həlak olan və yaralananlar barədə hələlik məlumat yoxdur.скачать dle 12.1