Bia.Az

Tayvan suverenlikdən imtina getməyəcək – Cinpinin hədələrinə cavab

Dünya
 18-10-2022, 00:57     177

Çin lideri Si Cinpin Pekinin Tayvanı yenidən birləşdirmək üçün güc tətbiqindən imtina etməyəcəyini söylədikdən qısa müddət sonra ada ölkəsi suverenlik, demokratiya və azadlıq dəyərlərindən heç vaxt güzəştə getməyəcəyini bəyan edib.

Bu barədə Tayvan Prezidentinin ofisinin sözçüsü Çan Tun-hana istinadən CNN məlumat yayıb.

Çan Tun-han deyib ki, milli təhlükəsizlik komandası vəziyyəti diqqətlə izləyir və sonrakı hadisələrə diqqət yerirməyə davam edəcək: “Tayvan ictimaiyyətinin konsensusu budur ki, ərazi suverenliyi, demokratiya və azadlığı güzəştə getmək olmaz və hərbi qarşıdurma Tayvan boğazının hər iki tərəfi üçün seçim olmamalıdır”.
AzPolitika.infoскачать dle 12.1