Bia.Az

Ermənilərin ağlı qaçıb: Naxçıvanla sərhəddə qoşun yığırlar

Siyasət
 17-10-2022, 13:12     163

Ermənistan istər Qarabağda, istərsə də sərhəddə ard-arda aldığı məğlubiyyətlərdən nəticə çıxarmayıb. Gedişat da onu göstərir ki, nəticə çıxarmaq fikrindən də uzaqdır. Əks təqdirdə, yeni macəralara qatılmaz və yeni qanların tökülməsi üçün addımlar atmazdı.

BİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Kəlbəcər istiqamətində sentyabrın ortaları ağır məğlubiyyətə uğrayan və 500-ə yaxın itki verən Ermənistan, bu dəfə hücum istiqamətini dəyişmək qərarına gəlib. Erməni teleqram-kanalları, habelə yerli medianın (Jamanak Haykakan qəzeti, “Ermənistanın səsi” TK) yaydığı xəbərə görə, son bir həftə içində Ermənistan ordusunun Naxçıvan istiqamətində yığması müşahidə olunur. Çoxlu sayda hərbi texnika və canlı qüvvənin sərhəddə yerləşdirilməsi isə yeni hücum əməliyyatı kimi səciyyələndirilir.

Qeyd edək ki, Ermənistanın belə ağılsızlığa getməsi özü üçün böyük fəlakətə yol açacaq. Əvvəla ona görə ki, ermənilər Naxçivan istiqamətindəki mövqelərimizi, ordunun təhcizatını zəif hesab edirlərsə, ciddi yanılırlar. Ona görə ki, Naxçıvandakı ordu korpusumuz qısa müddətdə ermənilərin başına od ələyəcək, üstəlik, onların mövqelərini və ordusunu darmadağın edəcək gücdədir. Güngüt əməliyyatı ən azından bunun əyani sübutlarından biri hesab olunmalıdır. Həmin vaxt 11 hektar ərazini bir neçə saata təmizləyən Ordu ilə üz-üzə gəlmək ermənilər üçün hansı fəlakətlərə yol açacaq, bəllidir.

Digər tərəfdən, Ermənistan hesab edirsə ki, Naxçıvan istiqamətində hansısa əlverişli mövqeni ələ keçirməklə, üstünlük əldə edəcək, yenə də böyük bir yanlışlığın içində olduqlarının fərqində deyillər. Ona görə ki, Naxçıvandakı Ordumuz qısa müddətdə nəinki yeni mövqe əldə etmək, Kərki kəndini, hətta Laçına qədər olan 26 km-lik dəhlizi bir neçə saata ələ keçirə bilər.

Sadəcə, burada maraqlı bir məqam var. JAMAZ.İNFO bildirir ki, Naxçıvanın təhlükəsizliyi 1921-ci il Qars razılaşmasına əsasən Türkiyə tərəfindən təmin edilir. Naxçıvana ediləcək istənilən hərbi müdaxilə birbaşa Türkiyəyə qarşı edilmiş sayılır ki, Ankara da ermənilərin bu avanturasına ciddi cavab verməkdən geri çəkilməyəcək. Yəni, Ermənistan Naxçıvana hücum edərsə, təkcə Ordumuzla deyil, eyni zamanda Türkiyə ilə də üz-üzə qalmış olacaq. Ki, bu da Ermənistanın yerlə yeksan edilməsi deməkdir.
скачать dle 12.1